Ana Sayfa > Xəbər > Putin Nazarbayevin xahişini RƏDD ETDİ

Putin Nazarbayevin xahişini RƏDD ETDİ


9-02-2016, 11:50. Yazar: admin
Putin Nazarbayevin xahişini RƏDD ETDİ
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Qazaxıstana səfəriindən sonra – dünən prezident nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq Türkiyə ilə Rusiya arasında yaşanan narahatlıqlardan söz açıb.

“Sabah”qəzetinin yazdığına görə, Nazarbayev Ankara ilə Moskva arasında inciklikləri aradan qaldırmaq üçün vasitəçilik etməyə çalışsa da, Putin onun sözünü yerə salıb. Rusiya rəhbəri deyib ki, problemi Türkiyə yaradıb, ona görə də ilk addımı onlar atmalıdır: “Aramızdakı çətin məqamları biz yaratmadıq, nə etdisə, Ankara etdi. Ona görə də dost münasibət yaratmaq istəyirsə, Ankaradan atacağı addımı gözləyirik”.

Yeri gəlmişkən, Kremlin mətbuat xidməti yaydığı açıqlamada Nazarbayevin Putinlə telefon danışığında Türkiyəyə aid məqamlara yer verməyib.

Geri dön