Ana Sayfa > Xəbər > Miq 23 döyüş təyyarəsi qəzaya uğradı - Pilot paraşütlə xilas oldu
Miq 23 döyüş təyyarəsi qəzaya uğradı - Pilot paraşütlə xilas oldu9-02-2016, 10:50. Yazar: admin |
Liviya Hərbi Hava Qüvvələrinə aid bir döyüş təyyarəsinin Dərnə şəhərində qəzaya uğradığı bildirilir. Avropa.info xəbər verir ki, Liviya ordusunun zabiti polkovnik Səid Miladın verdiyi açıqlamada Miq-23 tipli döyüş təyyarəsinin döyüş əmrini yerinə yetirdikdən sonra geri dönüşdə qəzaya uğradığını bildirib. O təyyarənin Dərnə şəhərindəki əl-Ərbəin qəsəbəsində yerləşən İŞİD mövqelərinə qarşı hava hücumları təşkil etdiyini, geri qayıdarkən mühərrikində yaranan nasazlıq səbəbilə qəzaya uğradığını bildirib. Əldə olunan məlumata görə təyyarənin pilotu paraşütlə atlayaraq sağ qala bilib. Digər tərəfdən, Dərnə və ətraf bölgələrdə hökumət qüvvələrinə qarşı mübarizə aparan müxalif qüvvələr təyyarənin texniki nasazlıq səbəbilə qəzaya uğraması xəbərini təkzib ediblər. Onlar təyyarənin özləri tərəfindən vurulduğunu söyləyiblər. Qeyd edək ki, Liviyada Dərnə və ətraf bölgələrindəki müxaliflər İŞİD və ölkənin şərqindəki Nümayəndələr Palatasının tabeliyində olan silahlı qüvvələrə qarşı döyüşürlər. Geri dön |