Ana Sayfa > Xəbər > Ekspertizaların nəticələri 2 saata məlum olacaq

Ekspertizaların nəticələri 2 saata məlum olacaq


9-02-2016, 10:13. Yazar: admin
Ekspertizaların nəticələri 2 saata məlum olacaq
İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin əmrinə əsasən, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Mərkəzə müraciət daxil olduğu vaxtdan 2 saat ərzində keçiriləcək.

Ekspertiza Mərkəzindən Virtualaz.org saytına verilən məlumata əsasən, İqtisadiyyat Nazirliyinin bu il fevralın 6-da keçirilən kollegiya iclasında bununla bağlı qərar qəbul edilib.

Qərara əsasən, bundan sonra ixrac prosedurasının daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində veriləcək.

Geri dön