Ana Sayfa > Xəbər > Deputatdan kənd müəlliminə görə icra başçısına çağırış
Deputatdan kənd müəlliminə görə icra başçısına çağırış9-02-2016, 10:10. Yazar: admin |
Modern.az saytında “Ucqar kəndin gənc müəllimi” layihəsinin sonuncu qonağı olan Lerik rayonu Balaş Dövlətov adına Vılık kənd ümumi orta məktəbində çalışan Mahmud Cavadovun sosial məsələləri Milli Məclisin deputatı Qənirə Paşayevanın diqqətini çəkib. Millət vəkili saytımıza bildirib kli, ucqar kəndlərimizə müəllim işləməyə gedən bu cür gənclərə daha çox dəstək göstərilməlidir: “Lerikin ucqar kəndində müəllim işləyən Mahmud Cavadovun kənddə kirayə verilən evin olmaması səbəbindən məktəbin yanında onlara müvəqqəti qalmaq üçün birotaqlı evin tikilməsi xahişi və təklifini ümid edirik ki, Lerik rayon İcra Hakimiyyəti qısa zamanda reallığa çevirməyə çalışacaq. Çünki müəllim çatışmazlığından əziyyət çəkən və kirayə verilən evlərin olmadığı bir kənddə təhsilin inkişafına dəstək istqamətində uzaqlardan ora işləməyə gələn müəlimlərə sadə bir şərait yaratmaq mütləq lazımdır. Biz də gənc Mahmud müəllimin təklifinə qoşularaq, Lerik rayon İcra Hakimiyyəti başçısını tezliklə bu məsələnin həllinə çalışmağa çağırırıq. Mahmud müəllimi və ucqar kəndlərimizdə işləməyə gedən bütün gənc müəllimləri isə təbrik edirəm və onlara ucqar bölgələrdə gənc nəslin daha savadlı böyüməsi istqamətində fəaliyyətlərində uğurlar diləyirəm”. Geri dön |