Ana Sayfa > Xəbər > “Metropark”da baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlandı

“Metropark”da baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlandı


13-04-2015, 11:15. Yazar: admin
“Metropark”da baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlandı
"Metropark” Ticarət Mərkəzində baş verən kütləvi zəhərlənmə təbii qaz sızmasından baş verməyib.

Bu barədə “Azəriqaz” QSC-nn rəsmisi İbrahim Kərbəlayev məlumat verib. Onun sözlərinə görə, həmin mərkəzə ümumiyyətlə təbii qaz verilmir.

“Əgər qaz sızması olsaydı partlayış baş verərdi. Dünən “Azəriqaz”ın mütəxəssisləri və şəxsən özüm də orada olmuşam. Araşdırmalar apardıq. Məlum oldu ki, oraq qaz sızması barədə yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Həmin ərazidə təbii qaz sızmasından söz gedə bilməz”, - deyə İbrahim Kərbalayev bildirib.

“Metropark” Ticarət Mərkəzindən də bildirilib ki, ora təbii qaz verilmir. Mərkəzin mətbuat xidmətinin rəhbəri Anar Zeynalovun ans press-ə verilən məlumata görə, qonşu binanın qazanxanasından çıxan tüstü nəticəsində dəm qazı yaranıb.

“Qonşu binanın qazanxanasını qaldırıblar ikinci mərtəbəyə. Həmin gün külək olduğu üçün qazanxanadan çıxan tüstü bizim havalandırma sisteminin içinə dolub. Havalandırma sistemindən də mərkəzə tüstü dolub. Nəticədə "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazı yaranıb. İndi hər şey qaydasındadır”, - deyə Anar Zeynalov bildirib.

Qeyd edək ki, dünən günorta saatlarında Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib.

Geri dön