Ana Sayfa > Xəbər > Nardaranda abadlaşdırma işləri zamanı bir nəfər öldü - Traktor vurdu

Nardaranda abadlaşdırma işləri zamanı bir nəfər öldü - Traktor vurdu


8-02-2016, 15:23. Yazar: admin
Nardaranda abadlaşdırma işləri zamanı bir nəfər öldü - Traktor vurdu
Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev “CSB” markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Araşdırma aparılır.

Geri dön