Ana Sayfa > Xəbər > Bərdə sakininin 96 baş qoyunu oğurlanıb
Bərdə sakininin 96 baş qoyunu oğurlanıb8-02-2016, 15:19. Yazar: admin |
Bərdə rayonunda xırda buynuzlu heyvanları oğurlayan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam və Bərdə Rayon Polis Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bərdə rayon sakini Famil Musayevin həyətindən 96 baş qoyun oğurlamış həmyerliləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulub, digər 1 nəfər isə müəyyən edilib. Geri dön |