Ana Sayfa > Xəbər > Rusiya 6 azərbaycanlını Yəməndən çıxardı
Rusiya 6 azərbaycanlını Yəməndən çıxardı13-04-2015, 11:04. Yazar: admin |
Göyərtəsində 6 azərbaycanlının da olduğu “Tu-154” təyyarəsi Cibutidən Rusiyaya uçub. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir. Rusiyanın Cibutidəki səfiri Valeriy Orlovun sözlərinə görə, təyyarənin göyərtəsində 49 Rusiya, 18 Ukrayna, 6 Azərbaycan və Belarus, 11 Özbəkistan, 3 Türkmənistan, bir Estoniya və Somali vətəndaşı olub. Bundan əlavə, təyyarədə 40-dan çox Yəmən vətəndaşı olub. Qeyd edək ki, Rusiyaya məxsus xüsusi təyyarə bir qrup yerli və xarici vətəndaşların təxliyə edilməsi məqsədilə Qahirədən Cibutiyə gəlib. Geri dön |