Ana Sayfa > Xəbər > Xalq artisti Tofiq İsmayıl xəstəxanaya yerləşdirilib
Xalq artisti Tofiq İsmayıl xəstəxanaya yerləşdirilib8-02-2016, 14:10. Yazar: admin |
Xalq artisti, rejissor Tofiq İsmayıl xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimovun APA-ya verdiyi məlumata görə, T. İsmayılovun vəziyyəti stabil qiymətləndirilir: “Hazırda reanimasiyadadır. Müalicələri davam edir, get-gedə səhhətində irəliləyiş var. Vəziyyətini stabil qiymətləndirmək olar”. T. İsmayılov Hepatit virusundan əziyyət çəkir. Qeyd edək ki, T. İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində çalışıb. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. “Gilas ağacı”, “Bizim küçənin oğlanları”, “Çarvadarların izi ilə”, “Musiqi müəllimi” və s. filmlərin müəllifidir. Geri dön |