Ana Sayfa > Xəbər > Moskva Avropadakı daha bir dayağını itirdi
Moskva Avropadakı daha bir dayağını itirdi8-02-2016, 13:34. Yazar: admin |
Çexiya Polşada NATO-nun daimi qüvvələrinin yerləşdirilməsi təklifini müdafiə edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın Avropa Məsələləri üzrə naziri Tomaş Prouza söyləyib. Onun sözlərinə görə, Praqa NATO-nun yayda keçiriləcək Varşava sammitində də Polşanı müdafiə edəcək. Qeyd edək ki, Polşa bundan öncə də dəfələrlə NATO-nun öz üzvlərinə qarşı ədalətli olmasını istəyib. Varşava Şərqi Avropa ölkələrinin də Qərbi Avropa kimi Rusiya təhdidinə qarşı eyni səviyyədə qorunmasını istəyib. Məhz buna görə də yayda keçiriləcək Varşava sammitində Polşanın NATO-dan öz ərazilərində daha böyük kontingentin yerləşdirilməsini istəyəcəyi gözlənilir. Üstəlik, Çexiya bundan öncə Rusiyaya tətbiq olunan sanksiyaların ləğv edilməsini istəyib. Moskvanın Avropada əsas dayaqlarından hesab edilən hazırkı Çexiya hakimiyyəti bunu ölkə iqtisadiyyatına vurulan zərbə ilə əlaqələndirib. Geri dön |