Ana Sayfa > Xəbər > Azərbaycanlı həkim Suriyada öldürüldü – FOTO
Azərbaycanlı həkim Suriyada öldürüldü – FOTO8-02-2016, 12:35. Yazar: admin |
Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında gedən döyüşlər zamanı “Cəbahət ən-Nüsra” terror təşkilatının üzvü, Gürcüstanın Telavi şəhərində doğulan azərbaycanlı Beslan Muxtarov öldürülüb. Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir. Muxtarovun üç ay əvvəl Suriyaya getdiyi bildirilir. İlkin məlumata görə, Beslan Rusiya təyyarələrinin Türkmən dağı ərazisinə endirdiyi aviazərbələr nəticəsində dünyasını dəyişib. Muxtarov ixtisasca həkim olub. 2011-ci ildə Türkiyə xüsusi xidmət orqanları onun radikal islamçılarla əlaqədə olması ilə bağlı araşdırmalara başlayıb. Bundan sonra Beslan Muxtarovun Türkiyəyə girişinə qadağa qoyulub. Muxtarov qadağadan sonra Gürcüstana qayıdıb və çoban işləyib. 2015-ci ilin oktyabrında o, yenidən Suriyaya qayıdaraq mücahidləri müalicə etməyə başlayıb. B.Muxatovun anası Tamamgül Muxtarova onkoloji xəstəlikdən əziyyətdən çəkir. Oğlunun ölüm xəbərini eşitdikdən sonra onun vəziyyəti pisləşib və Gürcü klinikalarından birinə yerləşdirilib. Geri dön |