Ana Sayfa > Xəbər > “Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat verilib
“Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat verilib8-02-2016, 12:15. Yazar: admin |
Sığorta hadisəsi baş vermiş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. “APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib. Onun sözlərinə görə, əvvəlki günlərlə müqayisədə müraciətlərin sayında azalma müşahidə edilir: “Əgər biz əvvəllər gün ərzində 2-3 mln. manat kompensasiya verirdiksə, indi gün ərzində 1,5 mln. manat kompensasiya verilir. Yəqin ki, əmanətçilər kompensasiya almağa tələsmirlər”. A. Cavadov əlavə edib ki, “Gəncəbank” ASC-nin 12 əmanətçisinə 150 min manat verilib. Geri dön |