Ana Sayfa > Xəbər > Siqaretlər ucuzlaşdı
Siqaretlər ucuzlaşdı8-02-2016, 12:09. Yazar: admin |
|
Fevralın 8-dən etibarən Azərbaycanda tütün və tütün məhsulları ucuzlaşıb. Modern.az saytının əməkdaşının Bakının bir sıra satış məntəqələrində apardığı müşahidə zamanı markasından asılı olaraq siqaretlərin qiymətinin 25-30 faizə qədər ucuzlaşdığının şahidi olub. Satıcılar ucuzlaşmanı firmaların tütün və tütün məhsullarının topdansatış qiymətlərini endirmələri ilə əlaqələndiriblər. Qeyd edək ki, 2015-ci il dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20 faiz, 2016-cı il yanvar ayının ortalarında isə daha 25 faiz bahalaşmışdı. Geri dön |