Ana Sayfa > Xəbər > ATƏT: Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır
ATƏT: Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır13-04-2015, 10:58. Yazar: admin |
Azərbaycanda infrastrukturun müasirləşməsi, eləcə də özəl və ictimai-sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır. Trend-in məlumatına görə, bunu ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski kibertəhlükəsizlik və milli təhlükəsizlik mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, Azərbaycanda 3 milyon insan internetdən istifadə edir: “Bəzi insanlar internetdən biznes məqsədi ilə istifadə edir, kimi isə xidmətlərin ödənişi məqsədi ilə. Amma əksəriyyət ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır. Çox insan hələ də kiberhücumlardan ehtiyat edir”. Tədbir ATƏT-in Bakı ofisi və Azərbaycan XİN-in birgə təşəbbüsü ilə baş tutub. Konfransın məqsədi kibertəhlükəsizlik sahəsindəki problemlərin və bu sahədə qanunvericiliklə bağlı məsələlərin müzakirəsidir. Geri dön |