Ana Sayfa > Xəbər > Avropa Komissiyası Brent neftinin orta qiymətini 35,8 dollaradək endirib
Avropa Komissiyası Brent neftinin orta qiymətini 35,8 dollaradək endirib4-02-2016, 14:44. Yazar: admin |
Avropa Komissiyası 2016-cı il üçün Brent markalı neftin 1 barelinin orta qiymətini 54,2 dollardan 35,8 dollaradək endirib. "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Komissiyasının qış mövsümü üçün nəzərdə tutulmuş iqtisadi proqnozunda bildirilir. Proqnoza əsasən, 2017-ci ildə Brent neftinin 1 barelinin orta qiyməti 42,5 dollar təşkil edəcək. Komissiya bildirir ki, proqnozun dəyişməsinə səbəb yanvar ayı ərzində Brent neftinin ucuzlaşmağa davam etməsi olub. Geri dön |