Ana Sayfa > Xəbər > Gürcüstanda qaz ehtiyatlarının hasil olunması ilə bağlı işlər planlaşdırılmır

Gürcüstanda qaz ehtiyatlarının hasil olunması ilə bağlı işlər planlaşdırılmır


4-02-2016, 12:28. Yazar: admin
Gürcüstanda qaz ehtiyatlarının hasil olunması ilə bağlı işlər planlaşdırılmır
"ABŞ neft-qaz şirkəti "Frontera Resources" Gürcüstana onun ərazisində 5,3 trilyon kubmetr həcmində qaz ehtiyatı aşkarlanması barədə məlumat verməyib".

Gürcüstan kütləvi informasiya vasitələri bildirir ki, bunu Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Georgi Tatişvili deyib.

"Frontera Resources" şirkətinin yaydığı bəyanatda Gürcüstanda bir neçə trilyon kubmetr həcmində qaz resurs kimi göstərilib. Resurs isə ehtiyat deyil. Resursun ehtiyat kateqoriyasına keçməsi üçün - bu isə yataqdan hasil oluna biləcək həcm deməkdir - çox böyük işlər görmək lazımdır", - deyə Tatişvili bildirib.

Onun sözlərinə görə, "Frontera Resources" şirkətinin Gürcüstana təqdim etdiyi planlarda bu cür resursların ehtiyata keçirilməsi ilə bağlı işlər yoxdur.

Qeyd edək ki, daha əvvəl "Frontera Resources" şirkəti cari işlər zamanı Kaxetiya regionunda 5,3 trilyon kubmetr həcmində qaz resursu aşkarladığını bəyan edib.

Geri dön