Ana Sayfa > Xəbər > Bakıda “Naz Lifan”ı oğurlayıb satmaq istədilər

Bakıda “Naz Lifan”ı oğurlayıb satmaq istədilər


4-02-2016, 12:20. Yazar: admin
Bakıda “Naz Lifan”ı oğurlayıb satmaq istədilər
Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

“Qafqazinfo” xəbər verir ki, avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.

Geri dön