Ana Sayfa > Xəbər > Lavrov: Türkiyənin bu addımını unutmayacağıq
Lavrov: Türkiyənin bu addımını unutmayacağıq4-02-2016, 11:50. Yazar: admin |
Moskva Türkiyənin “terrorçuluğa dəstək verməsini” heç vaxt unutmasada türk xalqı ilə dost münasibətlərini saxlamaqdadır. ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliyanın “Limes” jurnalına müsahibəsində deyib. “Biz “terrorçuluğa dəstəyi” unutmayacağıq. Amma eyni zamanda bizim Suriyada həlak olan hərbi qulluqçularımızın həlak olmasına görə məsuliyyət daşıyan və türk xalqını eyni tutmuruq” – deyə Lavrov bildirib. Rusiya tərəfi ötən ilin dekabrında Türkiyəni İŞİD-dən neft almaqda ittiham etmişdi. Qalmaqallı məsələdə şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailə üzvlərinin adları hallanırdı. Ərdoğan bütün bu ittihamları rədd edib və bəyan edib ki, əgər Türkiyə və İŞİD arasında hər hansı bir əməkdaşlıq aşkar olunarsa o istefa verməyə hazırdır. İki ölkə arasında münasibətlər noyabrın 24-də Türkiyə qırıcılarının Suriya ilə sərhəddə Rusiyaya məxsus hərbi təyyarəsini vurmasından sonra gərginləşib. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri silahlılar tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib. İnsidentdən sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır. Bundan əlavə Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Geri dön |