Ana Sayfa > Xəbər > Fəllücəyə ərzaq, dərman lazımdır
Fəllücəyə ərzaq, dərman lazımdır4-02-2016, 10:34. Yazar: admin |
İraq rəsmiləri Fəllücə şəhərində on minlərlə iraqlının ərzaqsız, dərmansız qaldığını bildirir. İslam Dövləti (İŞİD) qruplaşmasının nəzarətində olan bu şəhəri hökumət qüvvələri mühasirəyə alıb. Şəhərin yerləşdiyi Ənbər vilayətinin valisi Sohaib al-Rawi ABŞ koalisiyasına müraciət edib ki, yaraqlılara humanitar yardım sallasın. Hazırda sakinlərə yardım çatdırılmasının başqa yolu qalmayıb. Fəllücə Bağdaddan 50 km qərbdə yerləşir. İraq mediası şəhərdə bir neçə nəfərin aclıq və tibbi yardımın zəifliyi səbəbindən öldüyünü bildirib. Geri dön |