Ana Sayfa > Xəbər > Əliyev və Ərdoğan bir araya gəlir – Mühüm gözləntilər
Əliyev və Ərdoğan bir araya gəlir – Mühüm gözləntilər4-02-2016, 10:01. Yazar: admin |
Ərdoğanın Bakıya səfəri Azərbaycanla Türkiyə arasında geniş formatda olan əməkdaşlıq layihələri baxımından olduqca vacibdir. Çünki bu layihələrin əksəriyyəti enerji daşıyıcılarının Xəzər bölgəsindən Avropaya nəql olunması ilə bağlıdır. Bu barədə politoloq Tofiq Abbasov Türkiyə prezidentinin Azərbaycana gözlənilən səfərini Axar.az-a şərh edərkən deyib. Politoloq iqtisadi müstəvidə strateji əməkdaşlıq formatının getdikcə genişləndiyini bildirib: “Bölgədə təhlükəsizlik problemləri aktuallaşır. Məlum hadisələr, Yaxın Şərqdə gedən proseslər, İraq və Suriyadakı dağıdıcı meyllər digər ərazilərə də yayılır. Qafqaz bölgəsində, Türkiyənin şərqində sabitlik pozulmasın deyə, Azərbaycanla Türkiyə arasında çox ilginc əməkdaşlıq var. Yəni strateji məlumatlar mübadiləsi, qabaqlayıcı tədbirlərin görülməsi, stabilləşmə prosesinin etibarlı əllərdə saxlanılması işləri daha güclü qarşılıqlı fəaliyyət tələb edir. Hazırda Bakı ilə Ankara arasında tam anlaşma şəraitində bu razılaşdırılmış kurs həyata keçirilir. Digər tərəfdən, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşməkdədir. Azərbaycanı vasitəçi tərəf kimi görürlər. Burada bir vacib məqam isə Azərbaycanın bölgədə funksional rolu və dövlət başçısının mövqeyinin nəzərə alınması ilə bağlıdır. Yəni Bakı Ankara ilə Moskva arasındakı münasibətlərinin normallaşmasında pozitiv rol oynaya bilər. Bu səfər iki ölkə münasibətlərindəki gözləntiləri doğrultmaq məqsədi də daşıyır”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il fevral ayının ikinci yarısında Azərbaycana səfəri planlaşdırılır. Geri dön |