Ana Sayfa > Xəbər > Bu evin aylıq kirayə haqqı 80 min dollardır - fotolar
Bu evin aylıq kirayə haqqı 80 min dollardır - fotolar2-02-2016, 14:09. Yazar: admin |
"One Direction" qrupunun üzvü Luis Tomlinson həyat yoldaşı və yeni doğulan uşağının yaşaması üçün Los-Ancelesdə lüks ev kirayələyib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ABŞ-ın məşhur NLP mütəxəssisi Paul MakKennanın evini tutub. Mülkün öz qiyməti təxminən 34 milyon dollardır. Yeni ata olan müğənni isə ailəsinin o evdə yaşaması üçün hər ay təxminən 80 min dollar ödəyəcək. Tomlinson onlarla bir yerdə yaşamasa da, oğlunun anas Brayana Yunqraytın yaşayacağı evə tez-tez gedib gələcək. O, evin lüks olmasını və yüksək dərəcədə mühafizəsinin təşkilini tələb edib. Qeyd edək ki, bu evdə L.Tomlinsondan əvvəl Keys Riçards, Riçard Gir kimi ulduzlar yaşayıb. Geri dön |