Ana Sayfa > Xəbər > Daha bir klub çempionatı tərk etdi - Azərbaycanda

Daha bir klub çempionatı tərk etdi - Azərbaycanda


2-02-2016, 13:21. Yazar: admin
Daha bir klub çempionatı tərk etdi - Azərbaycanda
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu toplantıda 1 klub belə cəzaya məruz qalıb.

(26 yanvar 2016-cı il) Boulevard Hotel U-15 Liqasının “Turan” İB – “Qarabağ” matçında ev sahibi komandanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğuna görə klub yarışlardan kənarlaşdırılıb.

(26 yanvar 2016-cı il) Boulevard Hotel U-15 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində qonaqların futbolçusu Əliağa Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.

Geri dön