Ana Sayfa > Xəbər > "TQDK və Təhsil Nazirliyi birləşdirilərsə..."- Məleykə Abbaszadə

"TQDK və Təhsil Nazirliyi birləşdirilərsə..."- Məleykə Abbaszadə


2-02-2016, 12:08. Yazar: admin
"TQDK və Təhsil Nazirliyi birləşdirilərsə..."- Məleykə Abbaszadə
“Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) birləşdirilsə də, imtahan indi necə keçirilirsə, elə də keçiriləcək. Heç bir dəyişiklik təhsilə təsir göstərməyəcək”.

Lent.az-ın məlumatına görə, bunu Komissiya sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşdirilməsi ehtimalına aydınlıq gətirərkən deyib.

O bildirib ki, hazırda bu məsələ ilə bağlı TQDK-ya heç bir müraciət daxil olmayıb: “Bizim təşkilata bununla bağlı yuxarı orqanlardan hələ heç bir məlumat daxil olmayıb. Əgər islahatlar çərçivəsində belə bir qərar qəbul olunsa, biz bu məsələni yerinə yetirəcəyik. Ancaq heç bir şey imtahanın obyektivliyinə və şəffaflığına təsir etməyəcək. Narahat olmayın”.

Geri dön