Ana Sayfa > Xəbər > Diktator Mussolininin yatxası müsadirə olundu - Foto

Diktator Mussolininin yatxası müsadirə olundu - Foto


2-02-2016, 11:55. Yazar: admin
Diktator Mussolininin yatxası müsadirə olundu - Foto
İtaliya polisi mütəşəkkil cinayətkarlıq şəbəkəsi qurmaqda ittiham olunan biznesmenin yaxtasını müsadirə edib.

Avropa.info xəbər verir ki, “Qara alov” adını alan yaxtanın əsas özəlliyi vaxtilə İtaliya diktatoru Benito Mussoliniyə məxsus olmasıdır. İstintaqı aparılan 3 nəfərə və 10 şirkətin 28 milyon avro dəyərində yaxtası, əmlakı, avtomobilləri müsadirə olunub.
Həbs olunan şəxs 68 yaşlı Salvatore Skvillantedir. O, Romada yerləşən mafioz şəbəkə ilə iş görməkdə ittiham olunur.

“Qara alov” yaxtası Mussoliniyə 1930-cu illərdə dostu tərəfindən bağışlanıb. Qayıq 1943-cü ildə Almaniyanın əlinə keçməməsi üçün faşist rejim tərəfindən batırılıb. Müharibədən sonra çıxarılaraq bərpa edilib.


Diktator Mussolininin yatxası müsadirə olundu - Foto
Geri dön