Ana Sayfa > Xəbər > İstanbulda çayxana atəşə tutuldu: 2 ölü, 4 yaralı
İstanbulda çayxana atəşə tutuldu: 2 ölü, 4 yaralı2-02-2016, 10:07. Yazar: admin |
Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin çayxananı atəşə tutması nəticəsində 2 nəfər ölüb, 4 nəfərsə yaralanıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, üzlərinə maska taxmış iki nəfər gecə saatlarında çayxanaya yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Çayxananı güllə-baran edən naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Həmin vaxt orada olan iki kişi aldığı güllə yarasından hadisə yerində ölüb. Xəsarət almış 4 nəfərsə xəstəxanaya çatdırılıb. Hadisədən sonra ərazidə əməliyyat-axtarış tədbirlərinə başlanıb. İlkin ehtimala görə, hadisəni terrorçular törədiblər. Geri dön |