Ana Sayfa > Xəbər > “Moskva Suriya münaqişəsini dərinləşdirir”
“Moskva Suriya münaqişəsini dərinləşdirir”2-02-2016, 10:06. Yazar: admin |
Rusiyanın Suriyadakı hərəkətləri münaqişəni dərinləşdirir və müharibə zonasından qaçqın axınını artırır. Bunu bazar ertəsi Reuters agentliyinə müsahibəsində Böyük Britaniyanın Xarici işlər naziri Philip Hammond deyib. İordaniyada səfərdə olan nazir deyib: “Suriyada bütün etmək istədiklərimiz pozulur. Rusiya təmsilçiləri deyirlər ki, gəlin danışaq. Sonra danışırlar, danışırlar, danışırlar. Problem ondadır ki, elə danışdıqları müddətdə də bombalamaqda davam edirlər. Onlar Assad-ı dəstəkləyirlər”. Moskva “terrorçuların mövqelərini” bombaladığını bildirir. Ancaq Hammond deyir ki, Rusiya zərbələrinin 30 faizindən də azı İslam Dövlətinin (İŞİD) obyektlərinə endirilir, daha çox mötədil müxalifət qüvvələrini vururlar. Geri dön |