Ana Sayfa > Xəbər > “Bu, Avropaya mühüm ismarıcdır”
“Bu, Avropaya mühüm ismarıcdır”2-02-2016, 09:50. Yazar: admin |
AŞ PA-da son müzakirələrin fonunda bəzi faktiki məsələlər göstərdi ki, Avropadakı ictimai rəyi Azərbaycana yönəltmək mümkündür. Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə deyib. O, Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina məsələsinin gündəmə gəlməsinə münasibət bildirib. Ekspert Azərbaycanın ATƏT-in Minsk Qrupuna inamını itirdiyini və digər təşkilatlara üz tutmağa məcbur olduğunu deyib: “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” adlı qətnamənin qəbulu bunu bir daha sübut edir. Düzdür, AŞ PA-da münaqişə ilə bağlı fikirlər birmənalı deyil. Ancaq ATƏTmühafizəçi mövqedə dayanır və müzakirələrə maneçilik törədir. Halbuki vəziyyəti donmuş situasiyadan çıxararaq danışıqlar prosesini hərəkətə gətirə bilərlər. Bunu istəmədikləriniisə açıq şəkildə ortaya qoyurlar. Hazırda başqa formatın olmamasıATƏT-in Minsk Qrupundan imtina məsələsini çətinləşdirir. Çünki bu kənardan danışıqlardan imtina kimi qələmə verilə, Azərbaycana qarşı tənqidi yanaşmaları artıra və digər təşkilatlarda bizə qarşı lobbiləri fəallaşdıra bilər. Ona görə də Azərbaycanda ictimai rəyin onlara qarşı olduğunu göstərməliyik. Çünki həmsədrlər öz fəaliyyətində hər zaman ictimai rəydən danışırlar. Bu isə onlara başqa bir taktikanın seçilməsinə dair çox mühüm bir ismarıc ola bilər”. Geri dön |