Ana Sayfa > Xəbər > Ayan yarıçılpaq fotoları haqda: "Bundan o tərəfi də olacaq"

Ayan yarıçılpaq fotoları haqda: "Bundan o tərəfi də olacaq"


1-02-2016, 15:43. Yazar: admin
Ayan yarıçılpaq fotoları haqda: "Bundan o tərəfi də olacaq"
Müğənni Ayan Babakişiyeva Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, ifaçı yarıçılpaq fotosessiyasından danışıb:

"Açıq-saçıqlıq, sərhəddi aşmaq, tərbiyəsizcəsinə çılpaqlıq başqa şeydir. Mənim fotolarımda belə hal yox idi. Əgər bədən quruluşumda hansısa qüsurlarım olsaydı, piylərim sallansaydı, deyərdim ki, “Vay-vay, mən niyə belə bir addım atdım?”. Düşüncəsiz insanlar ağıllarına gələni yazırlar. Xoşun gəlmirsə, izləmə, şərh yazma. Səni yandıran nədir? Yazırlar ki, “Biz sizdən gözləməzdik”. Mən də normal müğənniyəm, nəsə kreativ bir iş görməliyəm. Məncə uğurlu da alındı. O fotosessiya üçün Avropadan xüsusi güllər gətirildi. Bundan o tərəfi də olacaq, niyə də olmasın".



Geri dön