Ana Sayfa > Xəbər > Rusiya nefti 2 dəfə ucuzlaşdı
Rusiya nefti 2 dəfə ucuzlaşdı1-02-2016, 15:33. Yazar: admin |
Rusiyanın “Ural” markalı neftinin ortalama qiyməti bu ilin yanvarında 28,75 dollar olub. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə nazirliyinin eksperti Aleksandr Sakoviç deyib. Məlumata görə, ötən ilin analoji dövründə “Ural” neftinin qiyməti 46,58 dollar olub. Bu, Rusiya neftinin ilin əvvəlində 1,6 dəfə ucuzlaşması deməkdir. 2015-ci ildə “Ural” neftinin ortalama qiyməti 51,23 dollar, 2014-cü ildə isə 97,6 dollar olub. Qeyd edək ki, Rusiyanın 2016-cı il büdcəsində neftin qiyməti 50 dollardan götürülüb. Hökumət hazırda gəlirlərin artırılması və xərclərin azaldılması barədə müzakirələr aparır. Geri dön |