Ana Sayfa > Xəbər > “Günəşli” yatağındakı qəzada itkilərin sayını azaltmaq mümkün idi”
“Günəşli” yatağındakı qəzada itkilərin sayını azaltmaq mümkün idi”1-02-2016, 12:48. Yazar: admin |
Bunu bu gün “Günəşli” platformasında baş verən qəza ilə bağlı keçirdiyi mətbuat konfransında Neftçilərin Hüquqlarını Müdafi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlı xatırladıb ki, qəza nəticəsində itkin düşən 19 neftçinin cəsədi hələ də tapılmayıb. Hadisə nəticəsində 12 neftçi ölüb, 32 neftçi isə xəsarət alıb: “Təhlükəsizlik qaydalarının çox ciddi pozulduğu müşahidə olunur. Qəza zamanı platformada olan 63 nəfərdən 15-i tikinti və qazma briqadasının üzvləri imiş”. Hadisə baş verən gün şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Deməli, Bofort şkalasına görə, həmin gün küləyin gücü 10-11 bal arasında dəyişib, yəni çox güclü tufan olub. Əmək Məcəlləsinə görə isə, bu havada işlər dyandırılmalı idi. M.Qəhrəmnalı əlavə edib ki, ictimaiyyətə təqdim olunan siyahıda hələ də natamamlıq var idi. Birincisi, xilas olanların siyahısı tam verilsə də, itkin düşənlər və ölənlərlə bağlı tam rəsmi məlumat əldə etməkdə çətinlik yaranıb. İkincisi, siyahıda neftçilərdən kimin hansı vəzifə daşıdığı göstərilmir: “Ekspertlər və şahidlər də belə havada tikinti işləri aparan neftçilərin orada iştirakının qanuna zidd olduğunu deyirlər. Amma 63 nəfərdən 15-i tikinti və qazma briqadasının üzvləri imiş. Çünki bu platformada SOCAR daha 4 quyu qazmağı planlaşdırırmış və onlar bu işlərlə bağlı məsələləri həyata keçirirlərmiş. Əks təqdirdə, heyətin sayı 48 nəfər olmalıymış”. Qanunvericiliyə görə, küləyin gücü 10 baldan artıq olduqda, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlər dayandırılmalıdır. Hətta 8 baldan artıq olduqda belə, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalı idi. Amma qanuna əməl edilməyib. Məsələn, Kərimov İlqar Ağali oğlu platformada kran operatoru vəzifəsində çalışır. Ancaq Əmək Məcəlləsində göstərilir ki, ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri dərhal dayandırmalıdır. Əgər hava şəraiti haqqında öncədən xəbərdar olublarsa, o zaman İlqar Kərimov platformada olmamalı idi”. Təxliyyə zamanı qayıqlara minmə əmrinin verilməsi də yanlış olub. M.Qəhrəmanlının sözlərinə görə, bu plan sakit hava üçün nəzərdə tutulub: “Belə günlərdə ən uyğun təxliyyə planı platformada yaşayış üçün nəzərdə tutulmuş binalardan istifadə olunmasıdır. Həmin binalar inşa olunarkən oda, qəzalara və zəlzələyə davamlılığı nəzərə alınıb. Yaşayış blokunun üzərində vertolyotun oturması üçün meydança da var. Əgər neftçilər orada xilasediciləri gözləməli olsaydı, vertalyota çox rahat minə biləcəkdilər. 3 neftçi məhz buna görə sağ qurtula bilib”. Hüquq müdafiəçisi bildirib ki, bütün bunlar azmış kimi, xəsarət alan bəzi neftçilərin qəzaya görə işləmədiyi günlərin əməkhaqqısı kəsilib. Geri dön |