Ana Sayfa > Xəbər > Səməd Seyidov təkzib etdi - “Yalan məlumatdır”

Səməd Seyidov təkzib etdi - “Yalan məlumatdır”


1-02-2016, 11:55. Yazar: admin
Səməd Seyidov təkzib etdi - “Yalan məlumatdır”
Səməd Seyidov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisdə çıxış edən Komitə sədri yayılan məlumatların əsassız olduğunu deyib:

“Səhhətimlə əlaqədar budəfəki sessiyaya qatıla bilmədim. Məni deputat Vüsal Hüseynzadə əvəzlədi. Lakin Azərbaycan öz fəaliyyətini uğurla davam etdirir. Nümayəndə heyəti yüksək səviyyədə ölkəmizi təmsil edib. Bu məlumatlar Azərbaycana mənfi imic gətirmək üçün yayılıb. Yaxşı olar ki, belə məsələlərdə birinci mənimlə əlaqə saxlanılsın”.

Geri dön