Ana Sayfa > Xəbər > Müəllimi döydüyü üçün şagird ÖZÜNÜ ASDI
Müəllimi döydüyü üçün şagird ÖZÜNÜ ASDI1-02-2016, 11:13. Yazar: admin |
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, Ermənistanın Gümrü şəhərində dəhşətli intihar hadisəsi baş verib. Belə ki, Gümrü şəhər iki saylı məktəbin fizika müəllimi Varajum Arasalyan 13 yaşlı 7-ci sinif şagirdi Tenya Markaryanı sinifdə uşaqların gözü önündə döyüb. Nəticədə şagird özünü alçaldılmış hesab edərək gecə saatlarında yaşadığı evin həyətindən asıb. Faktı Gümrü Prokurorluğu da təsdiqləyib. Verilən xəbərə görə, artıq faktla bağlı cinayət işi açılıb və 61 yaşlı fizika müəllimi Varajum Arasalyan həbs edilib. O, 13 yaşlı Tenyaya iki sillə vurduğunu etiraf edib. Geri dön |