Ana Sayfa > Xəbər > Səudiyyədə 9 amerikalı saxlanıb

Səudiyyədə 9 amerikalı saxlanıb


1-02-2016, 10:58. Yazar: admin
Səudiyyədə 9 amerikalı saxlanıb
Səudiyyə Ərəbistanında ötən həftə 9 amerikalı terror şübhəlisi kimi saxlanıb. Həmin əməliyyatda ümumilikdə 33 nəfər həbsə atılıb.

İngilisdilli Saudi Gazette yanvarın 31-də naməlum mənbəyə istinadla yazıb ki, 4 amerikalı yanvarın 25-də, beşi sonrakı günlər saxlanıblar.

ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisi məlumatdan xəbərdar olduğunu deyib, ancaq detalları açıqlamayıb.

Məlumata görə, saxlananlardan 14-ü səudiyyəli, üçü yəmənli, ikisi suriyalı, biri indoneziyalı, biri filippinli, biri Birləşmiş Ərəb Əmirliklərindən, biri fələstinli, biri qazaxıstanlıdır.

Şübhəlilərin İslam Dövləti silahlı qruplaşmasına bağlı olub-olmadığı açıqlanmır. Bu qruplaşma krallıqda bir sıra hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Geri dön