Ana Sayfa > Xəbər > Şou-biznesdə növbəti barışıq - “Hərdən səhvlər olur...”
Şou-biznesdə növbəti barışıq - “Hərdən səhvlər olur...”1-02-2016, 10:27. Yazar: admin |
Əməkdar artist Abbas Bağırov və müğənni Ramal İsrafilov arasında yaranan soyuq buzlar əriməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, ötən həftə Abbasın “ATV maqazin onlarla” verilişində Ramala “Ramaşka” deyə müraciət etməsi qarşı tərəfin xoşuna gəlib. Ramal açıqlamasında bildirib ki, başqaların dilindən bu müraciəti eşitmək ona xoş olub: “Bir az qığılcım oldu, amma 6 illik dostluq üçün olar. Həmişə Brilliant Dadaşova mənə “Ramaşka” deyə müraciət edirdi. İndi isə başqalarının dilindən eşitdim, xoş oldu. Münasibətlərimiz yaxşı olacaq, ən azından dostluğumuz olub. Hərdən səhvlər olur, deyirsən ki, gərək filan sözü deməzdim. Adımı hallandıran insalara təşəkkür edirəm”. Geri dön |