Ana Sayfa > Xəbər > Gənc alimlərin dövlət tərəfindən mənzil və torpaq sahəsi ilə təmin olunması təklif edilir
Gənc alimlərin dövlət tərəfindən mənzil və torpaq sahəsi ilə təmin olunması təklif edilir27-01-2016, 17:34. Yazar: admin |
Azərbaycanda elmi işçilər, o cümlədən gənc alimlər mənzil və ya torpaq sahəsi ilə təmin ediləcək. APA-nın məlumatına görə, bu, ikinci oxunuşa hazırlanan “Elm haqqında” qanun layihəsinin 37-ci maddəsinin 9-cü bəndində qeyd olunub: “Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir”. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Geri dön |