Ana Sayfa > Xəbər > Leninin abidəsini partladılıb

Leninin abidəsini partladılıb


27-01-2016, 17:10. Yazar: admin
Leninin abidəsini partladılıb
Naməlum adamlar ötən gecə Donetskin mərkəzində Leninin abidəsini partladıblar.

Bu barədə “Novosti Donbasa” agentliyi xəbər yayıb.

Xəsarət alan olmayıb, abidəyə ciddi zərər dəysə də heykəl aşmayıb.

TASS-ın məlumatına görə separatçı regionun lideri Eduard Basurin buna görə terrorçu qrupları günahlandırıb.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bundan əvvəl naməlum adamlar həmin abidəni Ukrayna bayrağı rəngində boyamışdılar.

Ötən ilin aprelindən Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Hazırda tərəflər arasında atəşkəsdir.

Geri dön