Ana Sayfa > Xəbər > “NBCbank” və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb
“NBCbank” və "Yunayted Kredit Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb27-01-2016, 16:51. Yazar: admin |
“NBCbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib. Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/3 saylı qərarı ilə "NBCbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.12.1992-ci il tarixli, 112 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "NBCbank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib. Bundan başqa, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib. Geri dön |