Ana Sayfa > Xəbər > Prezidentin məsləhət bildiyi "NAZ Lifan"ın GÖSTƏRİCİLƏRİ
Prezidentin məsləhət bildiyi "NAZ Lifan"ın GÖSTƏRİCİLƏRİ27-01-2016, 15:03. Yazar: admin |
Hafta.az-ın verdiyi xəbərə görə, ölkə başçısı İlham Əliyev nazirlərlə keçirdiyi toplantıda məmurlara istifadə üçün Naxçıvanda istehsal olunan avtomobilləri məsləhət görüb. Bəzi ekspertlər hesab edir ki, prezident bununla xərclərə qənaət etməyi düşünür. Üstəlik, yerli istehsal avtomobillərinə də diqqət çəkir. Bəs prezidentin məsləhət gördüyü “Naz-Lifan”avtomobilləri hansı göstərici və parametrlərə malikdir? Bu maşınların digərlərindən fərqli özəllikləri nələrdir? İlk olaraq qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunub. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Həmçinin Naxçıvan Avtomobil Zavodu hazırda “Lifan 820”, “Lifan 720”, “Lifan X50”, “Lifan X60” adı altında 4 seriya üzrə avtomobil istehsal edir. Avtomobillər kreditlə və ya 150.000 km zəmanətlə verilir. NAZ-ın 2 min 472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıq quraşdırılıb. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlığı var. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvarından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin, müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Avtomobillərin dəyəri 8400-16000 manat arasında dəyişir. Ötən 6 il müddətində 3 minə yaxın “NAZ-Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1903 ədədi satılıb. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Yerli istehsala önəm verilərək, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir. İstehsal olunan avtomobillər nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavodun fəaliyyətə başladığı ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Həmçinin qeyd edək ki, istehsal olunan avtomobillərin milliləşdirilməsi də planlaşdırılıb. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulub. Artıq prezidentin göstərişindən sonra ilk məmurun NAZ-Lifan avtomobili aldığı da məlum olub. Bu Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevdir. Geri dön |