Ana Sayfa > Xəbər > Deputat elmi tədqiqat institutlarının ləğvini istədi: "Lüzumsuzdurlar!"

Deputat elmi tədqiqat institutlarının ləğvini istədi: "Lüzumsuzdurlar!"


27-01-2016, 14:18. Yazar: admin
Deputat elmi tədqiqat institutlarının ləğvini istədi: "Lüzumsuzdurlar!"
“Bu gün nazirliklərdə yetərincə sahə elmi tətqiqat institutları var. Həmin institutlar eyni zamanda Milli Elmlər Akademiyasında da mövcuddur. Amma ki, gəlin baxaq görək onların hansı daha çox istehsalata xeyir verir? Yəni hansıları daha effektlidir. Mən təklif edirəm ki, nazirliklərdəki ki, lüzumsuz və effektsiz elmi tətqiqat institutları ləğv olunsun”.

Modern.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev “Elm haqqında” qanun layihəsinin müzakirəsinə dair keçirilən iclasda deyib .

Deputat həmçinin bildirib ki, kənd təsərrüfatı və digər sahələrdə olan təkrar elmi tətqiqat institutları ləğv edilməlidir:

“Məsələn bu gün Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yetəri sayda elmi tətqiqat institutları var. Amma baxaq, bu institutlar hansı elmi kəşfə, yaxud da hansı bir buğda növünün ixtirasına imza atıblar? Milli Elmlər Akademiyasındakı kənd təsərrüfatı sahəsi üzrə olan tətqiqat institutları isə yeni buğda növünün əldə edilməsinə nail olublar. Amma bunlar kölgədə qalıb. Ona görə ki, biz hələ də buğdanı və bu kimi mıhsulları xaricdən alırıq”.

Geri dön