Ana Sayfa > Xəbər > NTV Putinin keçmiş arvadının ikinci dəfə ərə getməsi haqda süjeti efirdən yığışdırdı

NTV Putinin keçmiş arvadının ikinci dəfə ərə getməsi haqda süjeti efirdən yığışdırdı


27-01-2016, 13:26. Yazar: admin
NTV Putinin keçmiş arvadının ikinci dəfə ərə getməsi haqda süjeti efirdən yığışdırdı
Rusiyanın NTV telekanalı prezident Vladimir Putinin keçmiş arvadı Lyudmila Putinin ikinc dəfə ərə getməsindən bəhs edən süjeti efirdən yığışdırıb.

Virtualaz.org Rusiya portallarına istinadən xəbər verir ki, NTV-nin “Günün yekunu” proqramında getmiş bu süjeti ancaq Rusiyanın şərq regionlarının tamaşaçıları görə biliblər. Bundan sonra rolik tez efirdən yığışdırılıb və onun yerini Moskvada baş vermiş atışma haqda videosüjet tutub. Buna baxmayaraq süjet internetdə yayılıb.

KİV-lərdə yayılmış məlumatlar əsasında hazırlanan üç dəqiqəlik süjetdə keçmiş birinci xanım Lyudmila Putinanın familiyasını dəyişdiyi və “Oçeretnoy” soyadını götürdüyü bildirilirdi. İddia olunurdu ki, onun indiki əri şəxsiyyətlərarası münasibətlər Mərkəzi adlı QHT-nin rəhbəri, 37 yaşlı Artur Oçeretnıydır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lyudmila Putinanın ikinci dəfə ərə getməsi haqda yayılan xəbərlərə şərh verməyib. “Vladimir Putinlə Lyudmila Putina boşanıblar, Bu səbəbdən mənim ikincinin şəxs həyatı barədə məlumatları şərh etmək ixtiyarım yoxdur”-Peskov bildirib.



Geri dön