Ana Sayfa > Xəbər > `Zika` virusu Avropaya çatdı- Təhlükə

`Zika` virusu Avropaya çatdı- Təhlükə


27-01-2016, 12:57. Yazar: admin
`Zika` virusu Avropaya çatdı- Təhlükə
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avropada ilk dəfə “Zika” virusuna yoluxma hadisəsi baş verib.

Xüsusən hamilə qadınlar üçün təhlükəli olan virusa bundan öncə Mərkəzi və Cənubi Amerikada rast gəlinib.

Avropada isə virus Damirakada yerləşən xəsətxanalardan birində aşkarlanıb.

Qeyd edək ki, körpə uşaqlar arasında ağır fiziki qüsurlar yaradan bu xəstəlik səbəbindən bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.

ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, "Zika"ya yoluxma hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.

Geri dön