Ana Sayfa > Xəbər > Çin yuana qarşı müharibədə Sorosu ittiham edir
Çin yuana qarşı müharibədə Sorosu ittiham edir27-01-2016, 11:50. Yazar: admin |
Çin hökuməti milyarder Corc Sorosu milli valyutalarının devalvasiyasına yönəlmiş fəaliyyətdə şübhəli biliblər. FaktXəbər-in Financial Times-ə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Ticarət Nazirliyinin analitiklərinin Komunist Partiyasının rəsmi orqanı olan "Jenmin Jibao"da dərc etdiyi hesabatda bildirilib. "Çin valyutasına qarşı müharibə? Ha-ha-ha" başlığı ilə dərc olunan analizdə deyilir: "Soros yuan və Honkonq dollarına qarşı müharibədə uğur əldə edə bilməz. Bunda heç bir şübhə yoxdur". Qeyd edək ki, ötən həftə Soros BloombergTV-yə müsahibəsində amerikanın S&P 500 fond indeksinin, Asiya valyutasının və xammal iqtisadiyyatının düşməsinə pul qoyduğunu deyib. O, həmçinin Çin iqtisadiyyatının qarşısıalınmaz "sərt enişi" barədə xəbərdarlıq edib. "Sərt eniş praktiki olaraq qaçılmazdır. Mən bunu gözləmirəm, mən artıq bunu izləyirəm", - deyə Soros bildirmişdi. Bunun ilkin əlamətləri kimi Çindən kapital axının sürətlənməsi və borc miqdarının yüksək səviyyəsinin olmasını göstərdi. Yanvarın əvvəlində Şri-Lankada iqtisadi forumda Soros 2008-ci il böhranının təkrar ehtimalından danışıb: "Çinin nizamlama ilə əlaqədar böyük problemləri var. Mən deyərdim ki, bu böhranın bir hissəsidir" Soros 1997-ci ildə Asiya valyutalarının çökməsi ilə yaranan maliyyə böhranında və 1992-ci ildə Britaniya funt sterlinqinə hücumda ittiham olunub. 2014-cü ildə o, maliyyə investimiyaları bazarından gedəcəyini deyib, ancaq Soros Fund Management rəhbəri vəzifəsində qalıb. Geri dön |