Ana Sayfa > Xəbər > NAZİRLİK: 2 milyon 300 min uşaq dispanserizasiyayaya cəlb edilib

NAZİRLİK: 2 milyon 300 min uşaq dispanserizasiyayaya cəlb edilib


27-01-2016, 11:37. Yazar: admin
NAZİRLİK: 2 milyon 300 min uşaq dispanserizasiyayaya cəlb edilib
2015-ci ildə 2 milyon 650 min uşaqdan 2 milyon 300 mini icbari dispanserizasiyayaya cəlb edilib”.

Lent.az-ın məlumatına görə, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

N.Quliyev bildirib ki, həmin uşaqların 6 faizində sağlamlıqla bağlı problemlər aşkar edilib: ”137 mindən bir az artıq uşaqda belə hal müşahidə olunub. Onlar dispanser qeydiyyatına götürülüb. Bu uşaqların 1300 nəfəri uşaq stansionarlarına, 700 nəfərə yaxını isə uşaqların sağlamlığı üçün sanatoriya-kurort mərkəzlərinə göndərilib”.

N.Quliyev əlavə edib ki, keçən il ərzində təxminən 5 min nəfərə yaxın dispanser qeydiyyatına götürülmüş uşaq sağalma ilə bağlı dispanser qeydiyyatından çıxarılıb.

Geri dön