Ana Sayfa > Xəbər > İŞİD Rusiyaya girir – FTX-nin məlumatı
İŞİD Rusiyaya girir – FTX-nin məlumatı11-04-2015, 11:52. Yazar: admin |
Analitik.az-ın məlumatına görə, Rusiyanın təhlükəsizlik orqanları İŞİD-in Şimali Qafqaza girməyə can atdığına dair əməliyyat məlumatlarını araşdırır. Bu barədə Federal Təhlükəszlik Xidməti direktorunun müavini Sergey Smirnov bildirib. O deyib ki, beynəlxalq terror təşkilatları, o cümlədən, İŞİD ölkə ərazisinə soxulmağa çalışır. Onun sözlərinə görə, İŞİD “İmarat Qafkaz” terror təşkilatı ilə əlaqəyə girməkdə çox maraqlıdır. “İŞİD-in təhlükəsi ondadır ki, onlar digər terror təşkilatlarına qarışırlar. “İmarat Qafqaz”ın bəzi səhra komandirləri İŞİD-ə sədaqət andı içiblər” – deyə, təhlükəszilik generalı bildirib. FTX-nin direktor müavininin dediyinə görə, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan (əsasən, Asiya ölkələri daxildir) ölkələrin çoxsaylı vətəndaşları İŞİD-də təmsil olunur. Rusiyanın isə 1700 vətəndaşının İŞİD-ə qoşulmasına dair məlumatlar var. Qeyd edək ki, bu bəyanatı S.Smirnov Daşkənddə ŞƏT-in antiterror qurumlarının regioanal iclasında verib. Bu ilin fevralında FTX-nin direktoru Aleksandr Bortnikov da İŞİD-ə qoşulan Rusiya vətəndaşlarının sayının 1700-ü keçdiyini və son 1 ildə 2 dəfə artdığını demişdi. Onun sözlərinə görə, İŞİD-in sıralarında xarici olkə vətəndaşlarının ümumi sayı 20 min nəfərə yaxındır və bu terror qruplaşmasına 100 dövlətin vətəndaşları cəlb edilib. Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin qərarı ilə “İmarat Qafqaz” terror təşkilatı elan edilib və Rusiya ərazsisində onun fəaliyyəti qadağan olunub. Geri dön |