Ana Sayfa > Xəbər > "Süd vannasında çimmirəm"
"Süd vannasında çimmirəm"25-01-2016, 15:55. Yazar: admin |
|
Xalq artisti Məleykə Əsədovanı özündən çıxarıblar. Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində onun adından açılan saxta profillərdən danışıb: “Mən Facebook-da yoxam. Adımdan profil açıb, mənə uyğun olmayan sözlər yazırdılar. O insanları şikayət etməyi düşünmürəm. Mənim bir məhkəməm var, o da Allahdır. Heç kimə cavab vermirəm. Hamıya demək istəyirəm ki, Facebook-da adıma açılan profillərin mənə aidiyyatı yoxdur. İnstaqramda isə özüm otururam. 27 ildir eyni şöhrəti saxlayıram. Sənətə dedi-qodularla gəlməmişəm. Obrazlarımla sevgi qazanmışam”. M.Əsədova haqqında yayılan şayiələrdən də bəhs edib: “Deyirlər, “Məleykə süd vannasında çimir. Ölü dənizdən su çəkdirib”. Mən Kür qırağının qızıyam, süd vannasında çimmirəm”. Geri dön |