Ana Sayfa > Xəbər > Rus deputat İŞİD-in internetini kəsmək istəyir

Rus deputat İŞİD-in internetini kəsmək istəyir


25-01-2016, 15:34. Yazar: admin
Rus deputat İŞİD-in internetini kəsmək istəyir
Rusiya Dumasının “Ədalətli Rusiya” fraksiyasının deputatı Oleq Nilov İŞİD-in mövcud olduğu ərazilərdə interneti kəsməyi təklif edib.

Avropa.info xəbər verir ki, Nilov Rusiya XİN-nin bu məsələdə yardımçı olmasını istəyib. Dünyanın müxtəlif regionlarını internetdən məhrum etmək səlahiyyətinə yalnız ABŞ malikdir. Yalnız bu ölkədə bütün dünyaya İP ünvanlar paylayan baş DNS serverlər yerləşir. İP paylama işlərinə nəzaərti isə ABŞ dövlətinin iştirakı ilə yaradılmış İCANN qeyri-hökumət təşkilatı həyata keçirir. İCANN-dan İP ünvanlar alan regional şirkətlər onları istifadəçilərə paylayırlar. Deputat hesab edir ki, bu yolla İŞİD-in internetini kəsmək olar.

Nilov hesab edir ki, internet kəsilsə İŞİD döyüşçüləri öz fəaliyyətlərini koordinasiya edə bilməyəcək, yeni şəxsləri “verbovka” edə bilməyəcək, pul köçürmələri baş tutmayacaq.

Deputat xatırladıb ki, belə hallar əvvəl baş verib. 2014-cü ilin dekabrında Şimali Koreyanın “Sony Puictures” şirkətinə haker hücumu təşkil etməsi insidentdən sonra ABŞ bu ölkənin internetini kəsmişdi.

Geri dön