Ana Sayfa > Xəbər > Türkiyədə azı 10 nəfər saxlanıb
Türkiyədə azı 10 nəfər saxlanıb25-01-2016, 13:34. Yazar: admin |
Türkiyədən gələn məlumatlara görə, Ankarada polis İslam Dövləti (İD) ekstremist qrupuna üzvlər toplamaqda şübhəli bilinən azı 10 nəfəri saxlayıb. Anadolu agentliyinin məlumatına görə, antiterror əməliyyatı yanvarın 25-də səhər aparılıb. Türkiyə hakimiyyəti yanvarın 12-də İstanbulda intiharçı hücuma görə İD-ni ittiham edib. Həmin hücumda 10 turist həlak olub. Ötən il Ankarada 103 nəfərin ölümünə səbəb olmuş intiharçı hücumların arxasında da İD-nin durduğu güman edilir Türkiyə Suriya ilə sərhədini möhkəmləndirməyə çalışır. Anti-İD koalisiyası da bu ölkədəki bazalardan istifadə edir. Geri dön |