Ana Sayfa > Xəbər > Milli Məclisin ilk iclası - Gündəlikdə 16 məsələ var

Milli Məclisin ilk iclası - Gündəlikdə 16 məsələ var


25-01-2016, 11:46. Yazar: admin
Milli Məclisin ilk iclası - Gündəlikdə 16 məsələ var
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Parlamentdən Avropa.info-ya verilən xəbərə görə, ilk iclasın gündəliyinə 16 məsələ daxil edilib. Gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklik ediləcək.

Bundan başqa, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.

Geri dön