Ana Sayfa > Xəbər > Sumqayıtda 15 yaşlı qız özünü dənizə ataraq intihar edib

Sumqayıtda 15 yaşlı qız özünü dənizə ataraq intihar edib


25-01-2016, 10:01. Yazar: admin
Sumqayıtda 15 yaşlı qız özünü dənizə ataraq intihar edib
Sumqayıtda intihar hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, 2001-ci il təvəllüdlü Aydan Əsgərzadənin dənizdə boğulmuş meyiti tapılıb. İlkin məlumatlara görə, o, intihar məqsədi ilə özünü dənizə atıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Geri dön