Ana Sayfa > Xəbər > Dövlət Gömrük Komitəsində iş adamları dəridən çıxarılır

Dövlət Gömrük Komitəsində iş adamları dəridən çıxarılır


10-03-2015, 15:32. Yazar: admin
Dövlət Gömrük Komitəsində iş adamları dəridən çıxarılır
Manatın ucuzlaşmasından sonra ölkənin idxal potensialı ilə bağlı məsələlər yenidən gündəmə gəldi. Azərbaycanın ticarət münasibətlərində xüsusi payı olan qonşu dövlətlərdən idxal edilən məhsulların qiyməti demək olar ki, hər gün artmaqdadır. Milli valyutanın ucuzlaşması ilə ölkəyə gətirilən malların dollarla qiymətləndirilməsinə görə, daxildə bahalaşma labüdləşir. Lakin bu prosseslərin fonunda elə bir görüntü yaradılır ki, guya Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarlarla, iş adamları ilə görüşərək hansısa güzəştlər edirlər. GUNDEMİNFO.AZ-a müraciət edən bir qrup sahibkar isə nəinki onlara güzəşt edilmədiyini, əksinə gömrükdən gətirilən mallara tətbiq edilən «şamka»nın 30-40 faiz artırıldığını iddia edirlər. Məsələn adının çəkilməsini istəməyən karqo daşımaçılıq şirkətlərindən birinin sahibi bizimlə söhbətində deyir ki, manatın ucuzlaşmasından öncə 1 kubmetrəyə görə malların daşınmasına görə aldıqları 250 dollarlıq ödənişi 350 dollara qədər artırmaq məcburiyyətində qalıblar.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırma zamanı daha böyük baqaj xərcinin Öz Nuhoğlu şirkəti tərəfindən tətbiq edildiyi bəlli oulb. Türkiyədən Azərbaycana yumşaq mebel dəsti gətirmək istəyən əməkdaşımız ÖzNuhoğlunun Bakı nümayəndəliyi ilə əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, karqo üzrə tarif 1 kubmetrə görə 700 dollardır. Hansı ki, bu tırlarla daşınan yüklərin tarifləri ilə müqayisədə 350 dollar, 2 dəfə çoxdur.

Bundan başqa Azərbaycana mebel gətirən sahibkarların redaksiyamıza etdikləri müraciətdən belə anlaşılır ki, manatın devalvasiyasından sonra hər TIR üçün alınan 23 min dollarlıq «şapka» 30 min dollara qədər artırılıb. Səbəbi barədə isə heç bir açıqlama yoxdur. Bakıda mebel satışı həyata keçirən sahibkarlar deyir ki, onların Azərbaycana gətirdikləri məhsullar karqo və gömrükdəki «şapka»nın bahalaşması səbəbiylə 2 dəfədən çox bahalaşıb. Məsələn araşdırmalarımız göstərir ki, Türkiyədə, Azərbaycana daha yaxın məsafədə olan Trabzon şəhərində 1000 ABŞ dollarına (2500 lirəyə) alınan mebelin Bakıya çatma qiyməti 2700 dollara başa gəlir. Sahibkarın ölkə daxilində yer üzrə icarə haqqıənı, işçi və digər xərclərini də nəzərə alsaq, Türkiyədə 1000 dollara satılan malın Bakıda ən azı 3500 dollara satılması zərurəti yaranır. Bu isə faktiki olaraq qiymətin kəskin bahalaşmasına səbəb olur.

Sahibkarlar mətbuat vasitəsilə müraciət edərək Aydın Əliyevə üz tuturlar. Bildirirlər ki, gömrükdə yaranan bu şərait ölkə daxilində güclə ayaqda dayanan və qiymətlərin artırılması qadağası ilə üzləşən iş adamlarının iflasına səbəb ola bilər. Onlar Dövlət Gömrük Komitəsinin sədrinin çox təcili olaraq heç olmasa «şapka»ların əvvəlki vəziyyətə çatdırılmasına müdaxilə etməsini istəyirlər.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Geri dön